Fuad Poladov "Azdrama"dan getdi - qalmaqal

Fuad Poladov "Azdrama"dan getdi - qalmaqal
18:31 26 Oktyabr 2016
107 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fuad Poladov Dövlət Akademik Milli Dram Teatrından istefa ərizəsi yazıb.

Axşam.az-ın kulis.az-a istinadən məlumatına görə, onun ərizəsinə hələ baxılmayıb. Lakin xalq artistinin israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir.
 
Məsələ ilə bağlı “Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov da öz Facebook səhifəsində yazıb:
 
“Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
 
Xalq artisti Fuad Poladovun  məsələyə münasibəti belə olub: "Bu barədə danışmaq istəmirəm".
 
Akademik Milli Dram Teatrından isə Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər: 

"Oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə "Şah Qacar" tamaşasında çıxış edib".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR