Azərbaycan İntellektual Oyunlar Klubu məktəbli liqasının ikinci mövsümünə start verdi

Azərbaycan İntellektual Oyunlar Klubu məktəbli liqasının ikinci mövsümünə start verdi
18:42 26 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

23 oktyabr tarixində məktəbli çempionatının keçirilən ilk oyunu ilə mövsümə start verən klub bütün Bakı şəhər məktəblilərini çempionatda iştiraka səsləyir. İlk oyunda 20-yə yaxın komandanın iştirak etdiyi oyunlar azərbaycan dilində olmaqla, hər həftənin bazar günü saat 10:30-da "Nərimanov" metrosu yaxınlığı yanında yerləşən "İstək" liseyində keçirilir.

Milli.Az bildirir ki, "Dərs Evi" abituriyent hazırlığı kurslarının və "İstək" liseyinin tərəfdaşlıq və dəstəyi ilə çempionatın birinci dövrəsi dekabr ayında yekunlaşacaq. Qalib komandalar "Dərs Evi" abituriyent hazırlığı kursları tərəfindən xüsusi endirimli hazırlıq paketləri ilə mükafatlandırılacaqlar.

Nəzərinizə çatdıraq ki, AİOK-un təşkilatçılığı ilə məktəblərlə paralel olaraq ali məktəblər sinxron yarışlara, eyni zamanda, premyer liqanın yeni mövsümünə artıq start verilib.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə?Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellectual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR