Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qapını açanda görüblər ki, uzanıb qalıb" - Dəm qazı daha bir can aldı - VİDEO - FOTO

"Qapını açanda görüblər ki, uzanıb qalıb" - Dəm qazı daha bir can aldı - VİDEO - FOTO

Date: 26 October 2016 18:42

Qobustanda bir nəfər dəm qazının qurbanı oldu.

ARB Şəki xəbər verir ki, Qobustanın Cəyirli kənd sakini Fikrət Şəmiyev yaşadığı evin hamamında dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, hadisə baş verən zaman hava küləkli olub. Qazla işləyən su qızdırıcı sönüb və hamamın yuyunma otağına dəm qazı dolub. Nəticədə hamamda yuyunan Fikrət Şəmiyev boğulub. Ailəsi qapını açdıqda isə artıq gec olub, onun cansız bədəni yerdə tapılıb.

Kənd sakini: "Yarım saat gözləyiblər, gəlib çıxmayıb. Hamamın qapısını açıblar, görüblər ki, uzanıqlı vəziyyətdə qalıb. Sonra da ailə baxıb görüb ki, həyatını itirib".

Cəsəd müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az



Tags:  Qapını açanda görüblər uzanıb qalıb Dəm qazı can aldı VİDEO FOTO

RƏYLƏR


Top news