İmişlidə yol qəzası baş verib, xəsarət alanlar var

İmişlidə yol qəzası baş verib, xəsarət alanlar var
18:47 26 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 26 oktyabr. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report”un Aran bürosunun məlumatına görə qəza bu gün axşam saatlarında rayonun Məhəmmədli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Bakıdan gələn “Mercedes” markalı taksi avtomobili əks istiqamətdə hərəkət edən minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”də olan sərnişinlər - rayonun Şahverdili kənd sakinləri, 22 yaşlı Samir İlham oğlu Nəcəfov və 25 yaşlı Rüfət Şakir oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan sonra hər ikisi ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-mislide-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR