Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

VETERAN FUTBOLÇU 9 il azadlıqdan məhrum edildi - FOTO

VETERAN FUTBOLÇU 9 il azadlıqdan məhrum edildi - FOTO

Date: 26 October 2016 19:08

Münhenqladbax “Borussiya”sının sabiq futbolçusu Marselo Pleç 9 il azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, Marselo 2015-ci ilin noyabrında Braziliyada həbs edilmişdi. Onun avtomobilindən 834 paketə qablaşdırılmış 793 kq marixuana aşkar edilmişdi.

Məhkəmə qarşısına çıxarılan sabiq futbolçu 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının yarısını ümumi rejimli həbsxanada keçirəcək. Daha sonra isə o, yarımaçıq həbsxanaya köçürüləcək.

Pleç karyerasını 2011-ci ildə başa vurub.


Tags:  VETERAN FUTBOLÇU il azadlıqdan məhrum edildi FOTO


RƏYLƏR


Top news