“Ayaq basdığı yeri öpərəm” - müğənni üzr istədi

“Ayaq basdığı yeri öpərəm” - müğənni üzr istədi
19:41 26 Oktyabr 2016
587 Şou
Ölkə mətbuatı
A- A+

Türk müğənni Bülənt Ərsoy 5 ildən sonra ilk dəfə xarici ölkədə konsert verəcək.

Axşam.az xəbər verir ki, bu məlumatı müğənni Onur Akay sosial mediada paylaşıb.

O, Bülənt Ərsoyun fanatlarına səsləndiyi video müraciəti izləyiciləri ilə bölüşüb və konsertin 17 dekabrda Dortmund şəhərində keçiriləcəyini söyləyib:

“Bülənt Ərsoy uzun zamandır xaricdə adına yaraşan bir məkan tapa bilmədiyi üçün konsert vermirdi. Nəhayət, 5 ildən sonra xaricdə konsert verəcək. Səhnəyə çıxacaq qonaqlar arasında Semiha Yankı və Asena da olacaq”.

O.Akay bir neçə gün öncə B.Ərsoy kişi olduğu zamana aid fotolarını yaydığı üçün üzr də istəyib:

“Əllərindən öpürəm. Ona qarşı elə sevgim var ki, ayaq basdığı yeri də öpərəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR