Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kredit Bankının ləğvedicisinin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib

Azərbaycan Kredit Bankının ləğvedicisinin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib

Date: 26 October 2016 19:52

Bakı. 26 oktyabr. REPORT.AZ/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda “Azərbaijan İnternational Consultinq Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Azərbaycan Kredit Bankı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Azərbaijan İnternational Consultinq Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinə qarşı 2008-ci il üçün mənfəət vergisi üzrə hesablanmış əsas borcun, maliyyə sanksiyasının və faizlərin ümidsiz hesab edilməsinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 15 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü, 418.1-ci və 420-ci maddələrinə uyğun hesab edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tags:  Azərbaycan Kredit Bankının ləğvedicisinin Vergilər Nazirliyinə qarşı şikayəti təmin edilməyib

RƏYLƏR


Top news