Buşa aldanan Özal, daha şüddətli müharibə, Suriyadan Qafqaza...– GÜNÜN SİYASİ XÜLASƏSİ

Buşa aldanan Özal, daha şüddətli müharibə, Suriyadan Qafqaza...– GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 26 Oktyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyalı politoloq Stanislav Tarasov Qarabağ üzrə mümkün ssenarilərdən danışıb. Putinin köməkçisi ABŞ-ın Türkiyə və onun lideri Ərdoğana qarşı planlarını açıqlayıb. Suriyada rejim qüvvələrinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə toqquşması yalnız zaman məsələsidir. ABŞ prezidentliyinə namizəd Donald Tramp ilə Suriyadan başlayacaq üçüncü dünya müharibəsi barədə xəbərdarlıq edib.

Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN

“Yaxın Şərq-Qafqaz” tədqiqatlar mərkəzinin direktoru, rusiyalı politoloq Stanislav Tarasov Minsk qrupunun həmsədrlərinin regiona səfərini şərh edərkən mümkün ssenarini açıqlayıb.

“Dağlıq Qarabağ möhkəmləndirilmiş status alır, lakin müstəqil olmur. Ermənistan tərəfi işğal olunmuş beş rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – qaytarır. Ardınca vəziyyətə nəzarət etmək və digər ərazilərin taleyini müəyyən etmək üçün bölgəyə sülhməramlılar daxil olur”, - o, bildirib.

Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN

Ermənilərin dostu olaraq tanınan Tarasov “atəşkəsə nəzarət mexanizminin” qurulmamasına diqqət çəkərək, bunun vacibliyindən danışıb.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı təmas xəttində “atəşkəsə nəzarət mexanizmləri”nin qurulmadığı məsələsi gündəmə gəlib. Amerikalı həmsədr Ceyms Uorlik Vyana görüşündə bu mexanizmlərin qurulması ilə bağlı razılıq əldə olunduğunu, lakin hələ də qurulmadığını bildirib.

Erməni jurnalist Musa Mikaelyan yazır ki, Sarkisyan İlham Əliyevin qarşısında məğlub oldu: “Azərbaycan bu məsələdə qalib gəldi. Bakı və Moskva aprel müharibəsinə qədər və ondan sonra da belə mexanizmin yaradılmasına qarşı idi. Vyana görüşündə İrəvan rəhbərliyi qalib gəldiyini elan etməyə tələsdi. Sonrakı dövrdə mexanizmin yaradılmaması da göstərdi ki, Azərbaycan Ermənistanı məğlubiyyətə uğratdı”.

Erməni jurnalist mexanizmlərin qurulmamasının müharibə təhlükəsini artırdığını yazıb: “Biz yeni müharibənin kandarındayıq”.

Erməni politoloq Kays Minasyanın sözlərinə görə, yeni müharibədə Ermənistan aprel döyüşlərində olduğu kimi yenə tək qalacaq: “Rusiya və ABŞ hər şeyə göz yumacaq, Azərbaycan isə Ermənistanı məğlubiyyətə uğradacaq. Bu daha şiddətli olacaq. Hətta gözləntilərə görə, Qərbin Qarabağın müstəqilliyini tanımaq istəkləri var. Lakin Qərb bu məsələdə də geri çəkiləcək və Bakını dəstəkləyəcək, ən azından, öz susqunluğu ilə bu dəstəyi nümayiş etdirəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün muhtarlarla görüşündə Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, deyib ki, Türkiyə Azərbaycanın əsas probleminə - Dağlıq Qarabağ münaqişəsinə laqeyd qala bilməz.

Ərdoğan nöqtəni qoydu: “Ya gedəcəklər, ya da...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyyəsində muhtarlarla görüşündə ən qısa müddətdə Mümbiçi PYD terror təşkilatından təmizləməkdə qərarlı olduqlarını deyib.

Prezident Cerablusdan sonra Dabıkın alındığını, növbəti hədəfin Əl-Bab olduğunu bildirib.

“PYD-YPG terror təşkilatı harada qarşımıza çıxsa, mübarizə aparacağıq. Əl-Babdan sonra hədəf Mümbiçdir. Bəziləri Azad Suriya Ordusu və Türkiyəni Əl-Babdan uzaq saxlamağa çalışır. Biz İŞİD və PYD-YPG terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik. Ən qısa müddətdə Mümbiçi PYD terror təşkilatından təmizləyəcəyik.Ya gedəcəklər, ya da getmədikləri halda lazım olan addımları atacağıq”, - Ərdoğan söyləyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da "Fərat Qalxanı” əməliyyatının Suriyanın əl-Bab bölgəsinin terrorçulardan azad olunanadək davam edəcəyini bildirib: İŞİD terror qruplaşmasına qarşı mübarizə aparanlar Suriya rejimi və ona bağlı güclərin hücumuna məruz qalır. Buradan isə rejim və onu dəstəkləyənlərin məqsədləri açıq görünür. Onların Suriya Azadlıq Ordusuna hücumu "Fərat Qalxanı əməliyyatını dayandıra bilməz", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gecə Əsəd rejiminə aid helikopter Suriya Azadlıq Ordusunun Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində 2 döyüşçü ölüb, 21-i isə yaralanıb.

Türkiyənin “Aydınlık” nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı fikirlərini bildirib.

Duqinin sözlərinə görə, Türkiyədəki hərbi çevriliş cəhdi yalnız Türkiyənin siyasi məsələsi deyildir, geopolitik bir məsələdir. O, bildirib ki,Ərdoğanı devirməyə, Türkiyədə vətəndaş müharibəsinin başlanmasına çalışan Fəthullahçı Terror Təşkilatının (FETÖ) arxasında çox böyük bir oyunçu, ciddi bir geopolitik güc var.

“Ərdoğanı öz kuklası ilə dəyişdirmək istəyirdi” – Putinin adamından ŞOK İDDİA

“Türkiyədəki hərbi çevriliş cəhdi yalnız Türkiyənin siyasi məsələsi deyildir, geopolitik bir məsələdir”.

“Rossiya” telekanalında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə söyləyib ki, Ərdoğan hakimiyyətdən gedəcəyi halda, Türkiyə dağılacaq.

Onun sözlərinə görə, xarici qüvvələr Ərdoğanı devirmək üçün çalışırlar: “ABŞ hər kəsi aldadır. ABŞ Rusiya, Çin və Avropanı gücsüz vəziyyətə salmaq üçün Yaxın Şərqdə xaos yaratmaqda davam edir. ABŞ həmçinin Rusiyada qeyri-stabilliyin olmasının tərəfdarıdır. Ona görə ki, Rusiya iqtisadiyyatının inkişafı Vaşinqtona sərf etmir. Əgər İraq və Suriyanın parçalanmasına yaşıl işıq yandırsaq, demək, onlardan sonra növbədə Türkiyə və İran olacaq. Daha sonra isə hadisələr Qafqaza keçəcək. Qısası, bu, bizə sərf etmir”.

Hillari Klintonu dəstəkləyən təqaüddə olan bir amerikali diplomat da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı maraqlı açıqlama verib. Keçmiş diplomat Ərdoğanın digər liderlərdən fərqli olaraq bağlı qapılar arxasında gizli sövdələşməyə meyilli olmadığını deyib:

“Bu günə qədər işlədiyimiz bütün dünya liderləri bizə bağlı qapılar arxasında “Mən daxili siyasətə görə xalqa belə deyirəm. Amma siz bunlara çox fikir verməyin, daxili siyasətin qaydası budur. ABŞ ilə xarici siyasətdə lazım olanı edəcəyik”, - deyib. Ancaq Ərdoğan heç vaxt bu cür danışmadı. Yəni xalqa nə dedisə, xarici siyasəti də ona görə müəyyən etdi. Bununla da aramızda danışıq imkanları heçə enir…”

Özal bağlı qapılar arxasında Buşdan nə istəmişdi? – 26 ilin SİRRİ AÇILDI

İraqın Mosul şəhərinin İŞİD-dən azad etmək üçün əməliyyatın davam etdiyi bir vaxtda Türkiyənin keçmiş prezidenti Turqut Özalın Mosulla bağlı planı gündəmə gəlib. 1990-cı ildə Turgut Özal və ata Corc Buş Mosul və Kərküklə bağlı nə danışmışdı? Bu suala “Yeni Şafak” qəzetinin yazarı Tamer Korkmaz köşə yazısında cavab verib.

Tamer Korkmaz Türkiyə prezidentinin ABŞ səfərindən qayıtdıqdan sonra Mosul və Kərkükə müdaxilə üçün əməliyyat planının hazırlanması barədə təlimat verdiyini, lakin bu planı həyata keçirə bilmədiyini qeyd edib.

Özal bağlı qapılar arxasında Buşdan nə istəmişdi? – 26 ilin SİRRİ AÇILDI

1990-cı ildə Turgut Özal və ata Corc Buş Mosul və Kərküklə bağlı nə danışmışdı?

Türkiyə KİV-nin açdığı digər bir sirr isə “Misaki Milli”nin sərhədlərinə daxil olan İraqın Mosul vilayətində araşdırmalar aparan Raif Karadağın ölümü ilə bağlıdır.

Ankaranın “milli vəzifə” üçün 1964-ci ildə Mosula göndərdiyi Raif Karadağ 5 il sonra geri dönür. O, topladığı sənədləri Türkiyə prezidenti Fahri Korutürkə təqdim edəcəyi gün – 12 dekabr 1973-cü ildə otel otağında öldürülür.

Prezidentə hesabat təqdim edəcəyi gün öldürüldü – “Nə İraq, nə də başqa ölkə qalacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 19-da “Misaki Milli” (Milli And) bəyannaməsinin xatırlandığı çıxışından sonra bu məsələ mətbuatın gündəmini tutub.

Tramp: “Hər şey üçüncü dünya müharibəsi ilə bitəcək, əgər...”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Hillari Klintonun Suriya böhranının nizama salınması üzrə siyasəti üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.

“Klintonun Suriya böhranının həlli ilə bağlı heç bir planı yoxdur. Onun prezident seçilməsi üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. O, Liviya məsələsində olduğu kimi, Suriyada da nə etdiyini bilmir. Biz diqqəti İŞİD-lə mübarizəyə yönəltməliyik. Əgər biz Suriya ilə bağlı Klintona qulaq assaq, hər şey üçüncü dünya müharibəsi ilə bitəcək”, - respublikaçı milyarder bildirib.

ABŞ-ın kəşfiyyat şefi Putinin planını açıqladı

"Rusiya prezidenti Vladimir Putinin xarici siyasəti Rusiyanın böyük dövlət kimi qəbul edilməsinə hesablanıb”. Bu fikirlə Nyu-Yorkda Beynəlxalq Münasibətlər üzrə Şuranın konfransında ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms çıxış edib.

“Putin Rusiyanı böyük dövlət kimi görür. Rusiya lideri üçün fövqəladə dərəcədə əhəmiyyətlidir ki, onun ölkəsinə hörmət etsinlər və Rusiya ABŞ-la bərabər səviyyəli dünya dövlətinə çevrilsin”, - Klepper bildirib.

O, Moskva və Vaşinqtonun münasibətlərini “çox pis” şəkildə qiymətləndirib: “Münasibətlər çox pisdir. Bizdə fikir ayrılıqları çoxdur. Məsələn, Suriya və Ukrayna məsələləri üzrə”.

Jurnalistlərə açıqlamasında Avstriyanın eks-kansleri Volfanq Şyussel söyləyib ki, Yaxın Şərqdəki hadisələr dünya nizamının pozulmasının nəticəsidir. Onun sözlərinə görə, Hələb savaşı və Mosul böhranı yeni miqrant dalğasına səbəb olacaq: “Təəssüf ki, regional və qlobal oyunçular sülh qərarı qəbul edə bilməyiblər. Bu hadisələrin əsas səbəbi dünya nizamının pozulması və böyük güclər tərəfindən silahlanmanın kütləvi şəkildə artmasıdır. Suriya sadəcə olaraq gələcəkdə olacaqların başlanğıcıdır. Bir sözlə, yeni dünya nizamsızlığının eskizidir. Son on ildə Çin hərbi xərcləri büdcənin 10 faizini təşkil edib, ABŞ Sakit okeanda hərbi mövcudluğunu artırıb, Rusiya öz hərbi qüvvələrini modernləşdirib və artırıb”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR