Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə, Fransa və ABŞ nazirləri İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər

Türkiyə, Fransa və ABŞ nazirləri İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər

Date: 26 October 2016 20:12

Türkiyə müdafiə naziri Fikri İşıq Brüsseldə amerikalı və fransalı həmkarları ilə görüşüb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, mətbuata qapalı olan və bir saat davam edən  görüşdə İŞİD terror təşkilatına qarşı İraqın Mosul şəhərində və Suriyada həyata keçirilən hərbi əməliyyatlar müzakirə olunub. 

Görüşdən öncə mətbuata açıqlama verən nazirlər İŞİD-ə qarşı əməliyyatların gündəmdə olduğunu qeyd ediblər.

Türkiyənin "Hürriyət" qəzetinin hərbi və diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, nazirlər razılığa gəliblər ki, Mosul və Raqqa şəhərləri İŞİD silahlılarından təmizləndikdən sonra idarəetmə yerli administrasiya rəhbərlərinə keçəcək.

Milli.Az


Tags:  Türkiyə Fransa ABŞ nazirləri İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər

RƏYLƏR


Top news