Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Oktyabr
20:24 26 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

İllərdir davam edən vətəndaş müharibələri İraq və Suriyanı terrorun mərkəzinə çevirib. Bu ölkələri bir-birinə bənzədən başqa bir məqam da var. Həm İraq, həm Suriya bu müharibələrdə ölkənin şimalını itiriblər. Həm Suriyada, həm İraqda şimal bölgə, yəni Türkiyə ilə sərhəd de-fakto mərkəzi hakimiyyətin nəzarətində deyil. Bu, Türkiyənin müharibənin içində olduğunu, yəni müharibənin həm də Türkiyəyə qarşı olduğunu isbatlayan amillərdən yalnız biridir. Şərti olaraq "Şimal müharibələri" adlandırıla biləcək bu prosesin mahiyyəti bölgənin coğrafiyasında üzə çıxır. Məsələn, Suriya və İraqın şimalına nəzarət İranın Aralıq dənizinə birbaşa çıxışını təmin edə bilər. Bu dəhlizə nəzarət edəcək qüvvə böyük imtiyazlar  əldə etmiş olacaq. Mübarizə Qərbin "kürd qurşağı", İranın "şiə qurşağı" yaratmaq istədiyi, Türkiyənin Misaki-Milli sərhədlərinə daxil olan bölgədən gedir. Ankaranı İraq və Suriyada gedən proseslərə müdaxilədə qınayanlar bu amili nəzərə almırlar.

 

Vüqar MƏSİMOĞLU 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR