Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obameyanqın qiyməti açıqlandı

Obameyanqın qiyməti açıqlandı

Date: 26 October 2016 20:57

"Borussiya Dortmund" Pyer-Emerik Obameyanqı hansı qiymətə satmaq istədiyini "Real"a açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu məbləğ 80.5 milyon avro təşkil edir. Dortmund klubu ötən yay "Mançester Siti"nin 67.2 milyon avroluq təklifini rədd etmişdi.

Qabonlu hücumçu bir müddət öncə "Borussia" rəhbərliyini yayda "Real"a keçməsi ilə bağlı razı salmışdı. Bu transferə FİFA tərəfindən Madrid təmsilçisinə qoyulan yeni futbolçu qeydiyyatdan keçirmə qadağası mane ola bilər. Bundesliqa klubunun idman direktoru Hans-Yoahim Vatzke də Obameyanqla bağlı "Real"la danışıqlara hazır olduqlarını bildirmişdi.

"Real bizə müraciət etsə, danışarıq. Amma xəbərdarlıq edirəm, danışıqlar asan olmayacaq" - Vatzke demişdi.

Milli.Az


Tags:  Obameyanqın qiyməti açıqlandı

RƏYLƏR


Top news