Məhəmməd Əlinin muzeyində oğurluq - FOTO

Məhəmməd Əlinin muzeyində oğurluq - FOTO
21:27 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu il haqq dünyasına qovuşan əfsanəvi boksçu Məhəmməd Əlinin Luisvilldəki (Kentukki ştatı) muzeyində oğurluq hadisəsi baş verib.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Muhammad Ali Center"də yerləşən muzeydən əfsanənin rəsmi oğurlanıb. Eksponat muzeyə giriş açıq olarkən yoxa çıxıb. Hadisə müşahidə kameralarına düşüb və hazırda polis şübhəlinin axtarışına başlayıb.

Mərkəzin mətbuat katibi Cinni Kanke isə bundan sonra da belə halların baş verməməsi üçün təhlükəsizlik tədbirlərini gücləndirdiklərini deyib.

Leroy Normana məxsus şəkildə Əlinin qırmızı əlcəkdə klassik boks duruşu əks olunub. Rəsm əsərinin qiyməti 5000 dollardır. Rəssam bu əsəri 1962-ci ildə Nyu-Yorkdakı arenaların birində döyüşdən əvvəl yaradıb.

Bir müddət əvvəl isə Məhəmməd Əlinin boksçu olmasına səbəb olan velosiped oğurlanmışdı.

Məhəmməd Əli bu il iyunun 3-də 74 yaşında dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR