Məktəblərimizdə qadınlaşma prosesi gedir

Məktəblərimizdə qadınlaşma prosesi gedir
22:27 26 Oktyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil müəssisələrində kişi müəllim qıtlığı var; ailəsini dolandırmaq üçün kişilər daha çox başqa sahələrə üz tuturlar

Ölkədə qadın müəllimlərin sayı ildən-ilə artır. Ekspertlərə görə, təhsil müəssisələrində kişi müəllimlərin yoxa çıxması həm uşaqların düzgün tərbiyə almasına, normal dünya görüşünün formalaşmasına mənfi təsir göstərir, həm də gələcək nəsildə müəllimlik işinin kişi işi olmadığı fikrini formalaşdırır.

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva dünən "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib ki, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət etmiş 31779 nəfərdən 23411-i qadın olub. Onun sözlərinə görə, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib.

M.Hacıyeva əlavə edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinin rəhbərlərindən əksəriyyəti qadındır. Ali təhsil müəssisələrində 4 rektor, 12 prorektor, orta ixtisas təhsili müəssisələrində 7 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsili müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1202 (26,5 %) məktəb direktoru qadındır.

Nazirlik rəsmisinin sözlərinə görə, elm sahəsində də qadınların sayı ilbəil artır. O qeyd edib ki, 2070 doktorantdan 1052 nəfəri qadındır.

Milli.Az xəbər verir ki, təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlının "Ekspress"ə bildirdiyinə görə, kişi müəllimlərinin sayının azalmasının əsas səbəbi müəllimlərin maaşının aşağı olması, ailəni dolandırmaq üçün yetməməsidir: "Kişi ailəni saxlamalı olduğu üçün daha çox gəlir gətirən sahələrə üz tutur, peşələrə yiyələnir. Müəllimlərə verilən aylıq məvacib ailəni dolandırmağa kifayət etmdiyindən onlar bu şərəfli işi seçə bilmirlər. Bu səbəbdən müəllimliyə daha çox qadınlar gedir".

Zülfüqarlı deyib ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda müəllimlərin maaşı çox aşağıdır: "Xüsusilə də, inkişaf etmiş ölkələrlə müqayisədə bu fərq acınacaqlı dərəcədə nəzərə çarpır. Misal üçün, Kuzey Kıprısda universitet müəllimləri 2000-2500 dollar əmək haqqı alırlar. Qonşu Türkiyədə orta məktəb müəllimlərinin aldığı əmək haqqı isə 1000 dollara yaxındır. Bizdə də müəllimlər 800-1000 dollar arasında maaş alsalar, həm tədrisin səviyyəsi yüksələr, həm də kişilər də bu sahəyə üz tutar".

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də hesab edir ki, müəllimin maaşı ailəni dolandırmağa çatmadığından, ixtisasca müəllim olan kişilər daha çox başqa sahələrə üz tuturlar: "Bu səbəbdən də məktəblərdə qadın müəllimlərin sayı ildən-ilə artır".

Onun fikrincə, təhsil müəssisələrində qadınların sayının artması təhsil və tərbiyə prpsesində balansı pozur. "Ona görə ki, insanı inkişaf etdirən təsirlərin balansı düz olmalıdır. Ana qadın olaraq tərbiyə edir, uşaqlarda hissləri, duyğuları formalaşdırır. Onu əzizləyir, onu yedizdirir. Amma kişi uşaqlara iradə, əzmkarlıq, zabitəlilik aşılayır. Kişi xasiyyətinin kişilik xüsusiyyətləri, qadın xasiyyətinin zəriflik xüsusiyyəti var. Amma indi bizim uşaqların hamısı məktəbdə zərif qadın tərbiyəsi görür və oğlanlarda da zəriflik xüsusiyyəti yaranır. Təhsil müəssisələrində kişi müəllimlərin sayının artırılmasına ehtiyac var".

Bununla belə, onun sözlərinə görə, son illərdə məktəblərdə müəllimlərin maaşının müəyyən qədər artması kişi müəllimlərin yenidən məktəblərə qayıtmaq istəyinə təsirini göstərir.

Psixoloq Könül Mikayılzadənin qəzetimizə bildirdiyinə görə, bizim cəmiyyətdə qadın məktəb direktorları, qadın müəllimlərinin sayı artır: "Əvvəllər məktəblərdə direktorlar, tədris məsələləri üzrə müavinlər kişi idi. Güclü kişi müəllimlər vardı. İndisə təhsil müəssisələrində qadınlaşma gedir. Daha çox qadın işçilər işləyir. Bir azdan idman müəllimləri belə qadınlar olacaq. Ona görə ki, bizim oğlan uşaqları elə psixologiya ilə tərbiyə olunur ki, müəllimlik daha çox qadın işidir. Kişi daha gəlirli, nüfuz gətirən sahələrdə çalışmalıdır".

K.Mikayılzadə qeyd edib ki, məktəblərdə, xüsusilə də, ibtidai siniflərdə kişi müəllimlərin də olması, uşaqların daha düzgün formalaşması üçün müsbət olardı: "Uşaq tərbiyəsində qadının rolu qədər, kişinin də rolu önəmlidir. Kişi müəllimlərinin də olması, uşaqlarda təhsilə marağı daha da artırardı. Eləcə də, oğlan uşaqları gələcəkdə kişi müəllimi rolunda özlərini də görərdilər" deyən müsahibimiz , əlavə edib ki, əslində müəllim sözü çox güclü sözdür: "Yaxşı müəllimin çoxlu şagirdi, tələbəsi olur. Yanına hazırlığa çoxlu şagird gəlirsə, bu da çoxlu pul deməkdir. Amma heç bir ana-ata oğul övladının nədənsə müəllim olmasını istəmir. Məsələn, övladının idmançı olmasını istəyəcək ki, sabah gedib ölkənin bayrağını qaldıracaq. Bunun üçün fəxri mükafat alacaq. Valideynlər oğlan övladlarının polis olmasını və ya başqa daha çox gəlir gətirən sahələrdə çalışmasını arzulayır və həmin istiqamətlərə yönəldir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar edilib - FOTO

29 May 2017 19:27

Alim Qasımov nəvəsi ilə səhnədə - VİDEO

29 May 2017 19:27

"Dözümsüzlük və nifrət cinayətlərinə qarşı..."

29 May 2017 19:22

"Qarabağ"ın legioneri bu həftə Bakıda olacaq - SON DURUM

29 May 2017 19:17

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

29 May 2017 19:15

Azay Quliyev: Milli azlıqların inteqrasiyası məsələsi hələ də bəzi ATƏT ölkələrində öz həllini gözləyir

29 May 2017 19:15

Orucla bağlı doğru bilinən yanlışlar

29 May 2017 19:13

Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTO

29 May 2017 19:12

Göz rənginə uyğun makiyaj - FOTO

29 May 2017 19:12

Dünən 4 nəfər qəza nəticəsində dünyasını dəyişib

29 May 2017 19:09

3 ildir axtarışda olan İŞİD komandiri öldürüldü

29 May 2017 19:09

"Yahşi Cazibe"nin aktyoru xəstəxanaya düşdü - FOTO

29 May 2017 19:05

Hondurasda oyundan əvvəl izdiham zamanı faciə baş verib: 5 nəfər ölüb, 25 nəfər yaralanıb

29 May 2017 19:02

Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb

29 May 2017 18:57

Alman futbolçu 6 aylıq sıradan çıxdı

29 May 2017 18:57

19 yaşlı türk "Tottenhem"də - 9 milyon avro

29 May 2017 18:57

Həkimlər plastik baş düzəltdilər - Tibb aləmində ilk

29 May 2017 18:52

Şəkidə iki nəfəri it dişlədi

29 May 2017 18:47

Axtarışda olan İŞİD komandiri məhv edildi

29 May 2017 18:43

Acuna romantik ismarıc - FOTO

29 May 2017 18:42

Moskvada GÜCLÜ QASIRĞA: Ölənlər var

29 May 2017 18:42

NATO PA Gürcüstan hökuməti və parlamenti qarşısında yeni tələblər qoyub

29 May 2017 18:42

Turisti döyən bakılılar saxlanıldı

29 May 2017 18:39

Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzatdı - QƏRAR

29 May 2017 18:37

Moskvada TƏBİİ FƏLAKƏT - Ölən və yaralananlar var

29 May 2017 18:33

"Xoşuna gəlmirsə, baxma!" - Qısa geyimdə muğam qalmaqalı

29 May 2017 18:27

Bakıda özünü 17-ci mərtəbədən atan 2 uşaq anası ilə bağlı şok görüntülər...

29 May 2017 18:26

18 yaşlı qız internetdə bakirəliyini satışa çıxartdı

29 May 2017 18:18

Türkiyənin ən böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - VİDEO - FOTO

29 May 2017 18:17

Mavi Xəzər...

29 May 2017 18:16

İraqda neft yatağında partlayış olub

29 May 2017 18:15

Milli Məclisin deputatı beynəlxalq konfransda milli azlıqların hüquqlarının təmin olunması ilə bağlı çıxış edib

29 May 2017 18:12

Solmaz məşhur serialın baş roluna çəkiləcək - FOTO

29 May 2017 18:12

"Biz şagirdləri parta arxasına həbs etmirik" - Replə dərs keçən müəllim - VİDEO - FOTO

29 May 2017 18:05

8 yaşlı qız elektrik dirəyi üçün qazılan quyuya düşdü - FOTOLAR

29 May 2017 18:03

​Özbəkistanda dəyirmi masa keçirildi

29 May 2017 18:03

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29 May 2017 17:57

Sumqayıt sakini “Milli Ön”dən oğurluq edib

29 May 2017 17:54

İslam və sehr, cadu, ziyarətgahlar

29 May 2017 17:53

Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək

29 May 2017 17:52

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29 May 2017 17:50

Rusiya NATO-nu bu ölkədən vuracaq – Putin ən güclü RAKETİNİ GÖNDƏRDİ

29 May 2017 17:43

Rusiya əhalisinin əksəriyyətinin yığımı yoxdur

29 May 2017 17:42

Günə kofe ilə başla, 1 həftəyə 5 kq arıqla

29 May 2017 17:41

"Roma"nın "işığı söndü": "Roma mənim üçün bir dünyadır" - FOTOLAR

29 May 2017 17:37

"Gördüm toya gedirlər, pəncərədən girdim" - Keçmiş məhkum - VİDEO - FOTO

29 May 2017 17:37

Ohanyanın Moskvaya sirli səfəri: Putin Ermənistanda YENİ PLANINI İŞƏ SALIR

29 May 2017 17:33

Nadir dəri xəstəliyindən əziyyət çəkən 16 yaşlı model - FOTOLAR

29 May 2017 17:28

Bakıda gənci camaatın gözü qarşısında zorla maşına mindirib... - VİDEO

29 May 2017 17:27

Həkimlər plastik baş düzəltdilər

29 May 2017 17:25