Mosulda terrorçular 232 nəfəri edam ediblər

Mosulda terrorçular 232 nəfəri edam ediblər
22:37 26 Oktyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Mosulun iki rayonunda ən azı 232 nəfəri edam ediblər.
"Report" xəbər verir ki, bu barədə yerli deputat, İraq Parlamentinin İnsan Haqları Komitəsinin rəhbəri Əbdül Rəhim əş-Şəmri məlumat verib.
"İŞİD terrorçuları Neynəva əyalətində vəhşiliklər törədirlər, onlar Hammam-əl-Əlil rayonunda Mosulun müxtəlif ərazilərində əsir götürdükləri 190 nəfəri edam ediblər", — deyə "Sputnik" Əş-Şəmrinin mətbuat xidmətinin bəyanatını sitat gətirir.
Deputatın məlumatına görə, daha 42 nəfər Əl-Aric kəndində İŞİD ilə əməkdaşlıqdan imtina etdiyinə görə öldürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/terrorcular-mosulda-232-neferi-edam-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR