Dünyada ilk selfi XIX-cu əsrdə çəkildi - FOTO

Dünyada ilk selfi XIX-cu əsrdə çəkildi - FOTO
22:37 26 Oktyabr 2016
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya tarixi maraqlı hadisələrlə doludur. Bəs tarixdəki ilklər haqqında nə qədər bilirik?

Milli.Az publika.az-a istinadən dünya tarixindəki ilk fotoşəkilləri təqdim edir:

Fotoaparatın icadı ilə çəkilən ilk səhnə

1826-cı ildə Yozef Nisefor Niyepsinin Fransanın Burqon bölgəsindəki evinin pəncərəsindən çəkdiyi fotoşəkil.

İçində insan olan ilk foto

Lui Dager tərəfindən 1836-cı ildə Parisdə çəkilib.

İlk selfi

Robert Kornelius tərəfindən 1839-cu ildə Filadelfiyada çəkilib.

Günəşin ilk şəkli

1845-ci ildə Fransada çəkilib.

İlk rəngli foto

Ceyms Maksvellin kəşf etdiyi üsulla 1861-ci ildə Tomas Sutton tərəfindən çəkilib.

Kosmosdan çəkilən ilk fotoşəkil

1946-cı ildə kosmosa ABŞ tərəfindən göndərilən 13 nömrəli v2 raketi ilə 105 km yüksəklikdən 35 mm kamera ilə çəkilib.

Dünyanın Aydan çəkilən ilk fotosu

Şəkil 1966-cı ildə çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR