İŞİD 232 dinc sakini edam etdi

22:49 26 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.

 

“Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər”, deyə deputat bildirib.

 

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR