İtaliyanın Kastel-Sant-Ancelo şəhəri zəlzələdən sonra işıqsız qalıb

İtaliyanın Kastel-Sant-Ancelo şəhəri zəlzələdən sonra işıqsız qalıb
23:02 26 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İtaliyanın çərşənbə günü axşam İtaliyanın mərkəzində baş verən 5,4 bal gücündə zəlzələnin episentri yaxınlığında yerləşən Kastel-Sant-Ancelo şəhəri (Latsio vilayəti) işıqsız qalıb.
"Report" RİA "Novosti"yə istindən xəbər verir ki, bu barədə şəhərin meri Muro Falkuççi "SkyTG24" telekanalının efirində məlumat verib.
"Elektrik enerjisi kəsilib. Yəqin ki dağıntılar olacaq. Bu həqiqətən güclü titrəyiş idi", — deyə o əlavə edib.
Falkuççinin sözlərinə görə, yeraltı təkanlardan sonra çoxları küçəyə çıxıb, o özü isə meriya binasının həyətindədir.
İtaliyanın Mülki Müdafiə Xidməti təbii fəlakət nəticəsində dağıntı və zərərçəkənlərin ola biləcəyi ehtimalı ilə bağlı yoxlamalara başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-taliyanin-kastel-sant-ancelo-seheri-zelzeleden-sonra-isiqsiz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR