Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib

İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib

ABŞ İŞİD-in 800 döyüşçüsünü mühasirədən çıxardı - ŞOK İDDİA (28 Mart 2017 15:43)
Hava zərbələri nəticəsində ölən 112 nəfərin meyiti aşkarlandı - Mosulda (27 Mart 2017 20:29)
Dağıntılar altından 61 cəsəd çıxarıldı (26 Mart 2017 21:53)

Tarix: 26 Oktyabr 2016 23:05

İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.
 
"Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər", deyə deputat bildirib.
 
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Milli.Az


Teqlər:  İŞİD silahlıları Mosul yaxınlığında 232 dinc sakini edam edib



RƏYLƏR


Top xəbərlər