Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tiflisdə Türkiyə səfirliyinin avtomobili qəzaya düşüb

Tiflisdə Türkiyə səfirliyinin avtomobili qəzaya düşüb

Date: 26 October 2016 23:52

Gürcüstan paytaxtında üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Rustaveli prospektində qeydə alınıb.

Məlumata görə, Vaso Abaşidze küçəsindən çıxan avtomobil Türkiyə səfirliyinin avtomobili ilə toqquşub. Zərbənin gücündən səfirliyin avtomobili "Jeep" markalı maşına çırpılıb.
 
Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Tiflisdə Türkiyə səfirliyinin avtomobili qəzaya düşüb

RƏYLƏR


Top news