Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moruinyonun bitirdiyi ulduzlar - SİYAHI

Moruinyonun bitirdiyi ulduzlar -   SİYAHI

Date: 27 October 2016 00:17

Dortmund "Borussiya"sından özündən söz etdirərək "Mançester Yunayted"ə transfer olunan Henrix Mkıtaryanın işləri qaydasında getmir. Bu yay 30 milyon avroya transfer olunan futbolçu baş məşqçi Joze Mourinyoya özünü göstərə bilmir.

Portuqaliyalı mütəxəssis Mkıtaryanı mövsümün arxada qalan hissəsində 4 Premyer Liqa oyununda meydana buraxıb və 105 dəqiqə oynadıb. Amma erməni futbolçu Mourinyo ilə problem yaşayan ilk futbolçu deyil. Fanat.Az portuqaliyalı mütəxəssisin etimadını qazana bilməyən 8 futbolçunu təqdim edir.

Xuan Quadrado ("Çelsi", 15 oyun) - "Fiorentina"dan transfer edilmişdi, amma Mourinyoya özünü göstərə bilmədi və "Yuventus"a icarəyə verildi. Hələ də Turin klubunun formasını geyinir.

Kevin De Bruyne ("Çelsi", 9 oyun) - Hazırda "Mançester Siti"nin əsas oyunçularından biri hesab olunan belçikalı Mourinyonun son illərdəki ən böyük peşmançılıqlarından biridi. Portuqaliyalı mütəxəssis gənc ulduzun 2014-cü ildə "Volfbsurq"a transfer olunmasına icazə vermişdi.

Kaka ("Real", 87 oyun) - "Kral Klubu"na transferi sensassiya olmuş braziliyalı ikinci mövsümündə komandanı tərk etməli oldu. Səbəb isə Mourinyo ilə ulduzunun barışmaması idi.

Pedro Leon ("Real", 14 oyun) - Heç cür Mourinyoya özünü göstərə bilməyən futbolçulardandı. Hətta portuqaliyalı mütəxəssis onunla bağlı qeyri-rəsmi olaraq "Komandanın təyyarəsi o olmadığı vaxt qəzaya uğrasa və əlimdə oynada biləcəyis tək oyunçu olaraq qalsa belə, növbəti həftə onu oynatmaram" demişdi.

Romelu Lukaku ("Çelsi", 3 oyun) - "Yeni Droqba" adlandırılan futbolçu böyük ümidlərlə transfer olunsmuşdu, amma Mourinyo ona heç etimad göstərmədi. 

Xuan Mata ("Çelsi" və "Mançester Yunayted", 28 oyun) - Mourinyonun ikinci "Çelsi" dönəmində baş məşqçinin taktikasına uyğun gəlməyən futbolçu "Mançester Yunayted"ə üz tutmuşdu. Amma onların burda da yolları kəsişdi. Bu dəfə vəziyyət nisbətən yaxşı olsa da, ispan ulduzun komandadan ayrılacağı deyilir.

Rikardo Kuareşma ("İnter", 32 oyun) - Mourinyo ona şans verməmiş və "Çelsi"yə transferinə razı olmuşdu.

Məhəmməd Salah ("Çelsi", 19 oyun) - Hazırda "Roma"nın aparıcı futbolçularından biri hesab olunur. Amma özünü Mourinyoya bəyəndirə bilməmiş və "Çelsi"dən getməli olmuşdu.

Fanat.Az


Tags:  Moruinyonun bitirdiyi ulduzlar SİYAHI

RƏYLƏR


Top news