Acun sözünü tutdu - nümunəvi hərəkət + fotolar

Acun sözünü tutdu - nümunəvi hərəkət + fotolar
00:21 27 Oktyabr 2016
110 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə ay öncə Türkiyənin İraqla sərhəddindəki Günyüzü kəndində yaşayan uşaqlar Acun Ilıcalıya səslənərək, onlar üçün “Survivor” yarış meydançalarının qurulmasını istəmişdilər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Ilıcalı həmin vaxt Tvitterdən açıqlama verərək uşaqların istəyini reallaşdıracağını bildirmişdi.

Aparıcı bu günlərdə verdiyi sözü tutub. Belə ki, “Acun medya” şirkətinin işçiləri Günyüzü kəndinə gediblər, öncə uşaqlara hədiyyələr paylayıblar, daha sonra isə yarış meydançası hazırlayıblar.

Gün ərzində yarışaraq əylənən uşaqlar bol-bol şəkil çəkdiriblər.

İndi uşaqların bir arzusu daha var. Onlar Acun tərəfindən “O səs Türkiyə” yarışmasına dəvət edilmələrini və aparıcını görmək istədiklərini deyiblər.













Bir neçə ay öncə uşaqların öz imkanları ilə hazırladıqları oyunlardan görüntülər isə aşağıdakılardır:






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR