İtaliyada baş verən zəlzələdə 2 nəfər xəsarət aldı

İtaliyada baş verən zəlzələdə 2 nəfər xəsarət aldı
01:34 27 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada baş verən zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

 

APA-nın “Corriere della Sera” qəzetinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar ölkənin mərkəzi bölgəsində yerləşən Visso şəhər sakinləridir.

 

Bildirilir ki, yeraltı təkanlar İtaliyanın bir sıra şəhərlərində dağıntılara səbəb olub.

 

Məlumata görə, təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.

 

Qeyd edək ki, oktyabrın 26-da, axşam saatlarında İtaliyanın mərkəzi bölgəsində əvvəl 5,6, sonra isə 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytaxt Roma daxil olmaqla Florensiya, Peruca, Akvila və bir sıra digər şəhərlərdə hiss olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR