"Mançester Yunayted" "Man Siti"ni Liqa Kubokundan kənarlaşdırıb

"Mançester Yunayted" "Man Siti"ni Liqa Kubokundan kənarlaşdırıb
02:12 27 Oktyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsi çərçivəsində növbəti cavab qarşılaşmaları keçirilib.
"Report" xəbər verir ki, turun mərkəzi görüşü "Old Trafford" stadionunda baş tutub.
Burada Joze Mourinyonun "Mançester Yunayted" klubu Joze Qvardiolanın "Mançester Siti" kollektivini qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb və "qırmızı şeytanlar" ¼ final mərhələsinə yüksəliblər. Oyunda yeganə qolu 54-cü dəqiqədə Xuan Mata vurub.
1/8 finalın digər oyunlarının nəticələri:
"Vest Hem" - "Çelsi" - 2:1;
"Sautqempton" - "Sanderlend" - 1:0.
Bu oyunlardan sonra İngiltərə Liqa Kubokunun ¼ final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələri:
"Mançester Yunayted" — "Vest Hem"
"Liverpul" — "Lids"
"Hall Siti" — "Nyukasl Yunayted"
"Arsenal" — "Sautqempton"
1/4 final mərhələsinin oyunları noyabrın sonlarında keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/mancester-yunayted-man-siti-ni-liqa-kubokundan-kenarlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR