Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya Litvaya 600-dək hərbçi göndərməyi planlaşdırır

Almaniya Litvaya 600-dək hərbçi göndərməyi planlaşdırır

Date: 27 October 2016 03:02

Bakı. 27 oktyabr. REPORT.AZ/ Almaniya NATO-nun Litvadakı çoxmillətli batalyonu üçün 600-dək hərbçi göndərməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu çərşənbə günü Almaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şimali Atlantika Alyansının müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.
Onun sözlərinə görə, Bundesver 2017 və 2018-ci illərdə Litvadakı çoxmillətli batalyona 400-600 əsgər göndərmək niyyətindədir və alman hərbçilərinin dəqiq sayı NATO üzrə digər tərəfdaşların nə qədər əsgər göndərəcəyindən asılı olacaq.
"Reuters"in məlumatına görə, Almaniya ilə yanaşı Niderland, Norveç, Belçika, Fransa, Xorvatiya və Lüksemburq da Litvadakı batalyon üçün hərbçi göndərəcək.
DPA xəbər verir ki, alman hərbçilərindən ibarət ilk qrup Litvaya 2017-ci ilin fevral ayında yollanacaq.

Tags:  Almaniya Litvaya 600-dək hərbçi göndərməyi planlaşdırır

RƏYLƏR


Top news