Ağdamda iki minik avtomobili toqquşub (FOTO)

Ağdamda iki minik avtomobili toqquşub (FOTO)
04:28 27 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

Kənd sakini Vüqar Əliyevin idarə etdiyi “VAZ 011” markalı avtomobil 31 yaşlı Taleh Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR