Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Onlardan hansı biri bizi daha çox izləyir?

Onlardan hansı biri bizi daha çox izləyir?

Date: 27 October 2016 07:37

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış "Zscaler" şirkətinin ekspertləri müxtəlif platformalarda işləyən mobil qurğuların haker hücumlarına qarşı dayanıqlığını yoxlayıblar. Onlar araşdırmada hər rüb mobil cihazlarla bağlı təxminən 45 milyon əməliyyatın keçirildiyi korporativ "bulud" platformasından əldə edilmiş məlumatlardan istifadə ediblər. Bu əməliyyatların təxminən 4%-i (təqribən 200 min) məlumat itkisi ilə bağlıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, "Android" mobil əməliyyat sistemi vasitəsilə edilmiş 20 milyon əməliyyatdan təxminən 0.3%-i məlumat itkisi ilə bağlıdır. Təhlilə əsasən, itkilərin 58%-i meta məlumatlara, o cümlədən "IMEI", "MAC" və "IMSI" nömrələrinə, "SİM" kartlar və cihazın istehsalçısı haqqında informasiyaya aiddir.

Məlumat itkisinin 39.9%-i istifadəçinin olduğu yer haqda dəqiq məlumatları, 3%-i isə istifadəçinin fərdi məlumatlarını özündə saxlayıb. Məlumat itkisinin 1%-i zərərli proqram təminatı, digər hissəsi isə əməliyyat sisteminin rəsmi tətbiqlərindən istifadə ilə bağlıdır.

"iOS" mobil platforması ilə işləyən qurğularda oxşar faiz nisbəti müşahidə olunub. Keçirilmiş 26 milyon əməliyyat nəticəsində 0.5% halda məlumat itkisi qeydə alınıb. Əməliyyatların 72.3%-i qurğu haqda, 27.5%-i cihaz sahibinin olduğu yer haqda və 0.2%-i istifadəçinin fərdi məlumatları haqda kənar istifadəçiyə informasiya çatdırıb. Məlumat itkisinin 5%-i zərərli proqram təminatı ilə bağlıdır.

Məlumat itkilərinin yerləşmə mövqeyinə görə, demək olar ki, itkilər ən çox amerikalı və çinli istifadəçilərdə qeydə alınır. Həmçinin Cənubi Afrika və Böyük Britaniyadan olan böyük sayda cihaz sahibləri reytinqdə yer alıb.

Milli.Az


Tags:  Onlardan hansı biri bizi çox izləyir


RƏYLƏR


Top news