Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kompüterlər baxışla idarə olunacaq

Kompüterlər baxışla idarə olunacaq

Date: 27 October 2016 07:47

"Google" şirkəti gözlərin hərəkətinin köməyi ilə kompüteri idarəetmə üzrə ixtisaslaşmış ABŞ-ın "Eyefluence" startapını satın alıb. İnternet nəhəngi "Eyefluence" startapının həllindən virtual reallıqla bağlı layihələrin inkişafında istifadə etməyə hazırlaşır.

"Eyefluence" şirkəti Cim Marqqraff tərəfindən təsis edilib. Startapın məqsədi kompüteri istifadəçinin göz almalarının hərəkətlərini tanımağı öyrətməkdir ki, bu da virtual reallıq obrazlarını ləngimə olmadan dəyişdirməyə, əsl və virtual obyektləri artırılmış reallıqda kombinasiya etməyə imkan verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, son zamanlar "Google" şirkəti "VR" texnologiyaları üzərində aktiv işlər aparır. 2016-cı ilin mayında şirkət "VR" proqramlarının yaradılması üçün "Daydream" platformasını təqdim edib və məlumat verib ki, "Play Store", "Google Photo", "Google Street View" və "YouTube" daxil olmaqla bir sıra xidmətlərini virtual formata uyğunlaşdırmağa hazırlaşır.
İnternet nəhəngi cari ilin oktyabrında "Daydream View" virtual reallıq eynəyini təqdim edib. Eynək smartfonla birgə istifadə olunur.

Eynək istifadəçinin əllərinin hərəkətini izləyən kontrollerlə birgə tədarük olunur və "Bluetooth" vasitəsilə smartfonu idarə etməyə imkan verir. Çox güman ki şirkət gələcəkdə əl hərəkətlərinin köməyi ilə idarəetməni gözlərin köməyi ilə idarəetmə ilə əvəz etməyə hazırlaşır.

Milli.Az


Tags:  Kompüterlər baxışla idarə olunacaq


RƏYLƏR


Top news