Yer kürəsinin yarısı texnologiyalardan asılıdır

Yer kürəsinin yarısı texnologiyalardan asılıdır
08:05 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yer kürəsi əhalisinin 50 faizi müasir texnologiyalardan asılıdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Nielsen" şirkəti keçirdiyi tədqiqatın nəticələrinə əsasən açıqlama yayıb.
 
Hazırda ən müxtəlif cihazlar hər insanın həyatın ayrılmaz bir hissəsinə çevrilib. Məişət cihazları müxtəlif prosesləri olduqca asanlaşdırır, mobil cihazlar isə öz sahiblərinə xəbərlərlə tanış olmağa, filmlərə baxmağa, oyun oynamağa, digərləri ünsiyyət qurmağa imkan verir. Yığcam və rahat cihazlar daha böyük populyarlığa malikdir, çünki onlardan evdən kənar da istifadə etmək mümkündür. Sorğuya əsasən insanların 66 faizi elektron poçtunu yoxlamaq üçün kompüter və ya noutbukdan deyil, smartfondan istifadə edir. Sosial şəbəkələrə daxil olmaq üçün (respondentlərin 60 faizi) və video izləmək üçün də (48 faiz) smartfona üstünlük verilir.
 
Müasir texnologiyalardan ən asılı olan insanlar Afrika və Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır - 65 faiz. Asiya-Sakit Okean regionunda bu göstərici 60 faiz, Rusiyada isə 41 faiz təşkil edib. Smartfonun ən çox tələbat duyulan funksiyalarından biri onlayn bankçılıq olub. Belə ki, rəyi soruşulanların 45 faizi vəsaitlərini bir hesabdan digər hesaba mobil cihazla köçürür, daha 35 faiz isə bar və restoranlarda ödəniş etmək üçün maliyyə təşkilatlarının mobil proqramlarından istifadə edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/483388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR