Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuror azadlığa buraxılan "Atrabank"ın əməkdaşlarının hökmündən protest verib

Prokuror azadlığa buraxılan "Atrabank"ın əməkdaşlarının hökmündən protest verib

Date: 27 October 2016 08:07

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Atrabank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşları Turan Əliyev, Məzahir Bağırov və Yasəmən Dəmirçi barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.
“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində, hakim Rzvan Səfərovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.
Təqsirləndirilən şəxslər bankın 200 min manat məbləğində pulunu mənimsəməkdə təqsirli biliniblər.
T.Əliyev və M.Bağırov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), Y.Dəmirçi isə 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd) maddələri ilə ittiham olnublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. T.Əliyev, M.Bağırov və Y.Dəmirçi məhkəmə zalından azadlığa buraxılıblar.

Tags:  Prokuror azadlığa buraxılan Atrabankın əməkdaşlarının hökmündən protest verib

RƏYLƏR


Top news