Xalq artistinin oğluna təcili böyrək köçürülməlidir

Xalq artistinin oğluna təcili böyrək köçürülməlidir
08:12 27 Oktyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalov evə buraxılacaq.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə xalq artistinin qızı Gülbəniz Zeynalova bildirib.

Onun sözlərinə görə, qardaşı Məmməd Zeynalov müalicəsini evdə davam etdirəcək. G.Zeynalova söyləyib ki, qardaşına təcili böyrək köçürülməlidir:

"Həkimlər onu evə aparmağımızı məsləhət görür. Düzdür, onun hələ də bir tərəfi işləmir, normal yeriyə, danışa bilmir. Ancaq həkimlər bildirirlər ki, zamanla sağlamlığı geri qayıdacaq. Bundan sonra müalicələrini xəstəxanada yatmadan davam etdirə bilər.

Ən pisi odur ki, böyrəklərinin durumu yaxşı deyil. Qardaşıma təcili böyrək köçürülməlidir. Televiziyalardan biri zəng edib bildirdi ki, vətəndaşlardan biri öz böyrəyini vermək istəyir. Bunun üçün böyrək həkiminin bizə razılığı lazımdır. Sabah qardaşımı evə çıxarmaq istəyirik. Evə gətirəndən sonra böyrəyi ilə bağlı probleminin həllinə çalışacağam".

Qeyd edək ki, Məmməd Zeynalov mərhum xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR