Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

Date: 27 October 2016 08:12

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan bu ölkəyə ümumi çəkisi 16,06 ton süd məhsullarının ixracının qarşısını alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ixrac üçün nəzərdə tutulmuş pendir, xama, kərə yağı, qatıq, ayranın hər iki ölkənin müvafiq baytarlıq sertifikatı yoxdur. Bununla yanaşı, Rusiya tərəfi qeyd edir ki, məhsulların üzərində qeyd olunan tarix faktiki istehsal tarixi ilə üst - üstə düşmür. Qeydə alınan çatışmazlıqlar arasında bəzi məhsulların üzərində rus dilində müvafiq məlumatın olmaması da var.

Milli.Az


Tags:  Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

RƏYLƏR


Top news