Gələn il 5G-nin tətbiqinə başlanacaq

Gələn il 5G-nin tətbiqinə başlanacaq
08:22 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

5G rabitə standartı ABŞ-ın "Verizon Communication" telekommunikasiya şirkəti tərəfindən gələn ilin sonuna qədər istifadəyə verilə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Louell Makadam "Intel Global Submit 2016" konfransında bildirib.  
 
"Verizon" rəhbəri deyib ki, daha öncə 5G-nin 2020-ci ildən sonra işə salınması planlaşdırıldı. Ancaq şirkət qarşısına qoyduğu tapşırığı vaxtından öncə yerinə yetirə bilib. "Verizon" bu texnologiyadan istifadə üçün ABŞ hökumətindən razılıq alıb və yeni standartı Boston şəhəri də daxil olmaqla, ABŞ-ın 7 nöqtəsində test edir. 5G ötürücülər küçə fənərlərinin yuxarısında da sınaqdan keçirilir. Məlumatların ötürülməsi sürəti saniyədə 1 giqabaytdır. Yeni rabitə standartdan videoların çox tez ötürülməsi, dronlar və avtomobillərə uzaqdan nəzarət üçün istifadə etmək mümkün olacaq. Təhsil və səhiyyə sahələrinin imkanlarını genişləndirmək də mümkündür.
 
L. Makadam vurğulayıb ki, 5G-yə keçiddən sonra 4G-dən imtina olunmayacaq. Paralel olaraq hələ o, xeyli müddət istifadə ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/483383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR