Ən bahalı toy müğənnisi həbs edildi - VİDEO

Ən bahalı toy müğənnisi həbs edildi - VİDEO
08:22 27 Oktyabr 2016
233 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Nazir Həbibov yaşadığı Türkmənistanda saxlanılıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, o, narkotik vasitə qəbul etməkdə və satışında ittiham edilir.

Türkmənistana 35 kiloqram tiryək gətirməyə cəhd edən qrupla birgə ələ keçirilən müğənni törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

Aşqabad şəhərində dünyaya gələn Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.
Qeyd edək ki, Türkmənistanda narkotik vasitələrlə bağlı cəza çox sərtdir. Narkotik qaçaqmalçılarını amnistiyaya düşməmək şərti ilə uzunmüddətli həbs cəzası gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR