“Google” yeni şirkət aldı

“Google” yeni şirkət aldı
08:42 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Google" gözlərin hərəkəti ilə virtual və əlavə olunmuş reallıq cihazlarını idarə etməyə imkan verən texnologiyanın tərtibatçısı olan "Eyefluence" startapını satın alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə startapın saytında məlumat verilib.
 
Sövdələşmənin məbləği gizli saxlanılır. Ancaq bundan öncə məlum olub ki, "Eyefluence" şirkəti 21,6 milyon dollar investisiya cəlb edib.
 
"Eyefluence" şirkətinin qurucusu "LeapFrog FLY Pentop" masaüstü kompüterinin yaradıcısı Cim Marqqrafdır. O, bir neçə il öncə nevroloji tədqiqatlar şirkəti olan "Eye-Com"un aktivlərini əldə edib.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/483385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR