Son 15 ildə ilk dəfə “Apple”ın gəliri azalıb

Son 15 ildə ilk dəfə “Apple”ın gəliri azalıb
08:52 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2001-ci ildən bəri ilk dəfə olaraq ABŞ-ın "Apple" korporasiyasının illik gəliri azalıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son 9 ayda "Apple"ın gəliri 46,85 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% aşağıdır.
 
"Apple" iyunun sonlarından bəri, 3 ay ərzində 45,51 milyon ədəd "iPhone" satıb. Bu, analitiklərin gözləntilərindən çox olsa da, ötən ilin 3-cü rübünün rəqəmlərindən azdır. Buna baxmayaraq, şirkət rəhbərliyi hesab edir ki, yeni modellərin satışa çıxarılması ilə əlaqədar növbəti rübdə vəziyyəti düzəltmək mümkün olacaq. "iPhone 7" və "iPhone 7 Plus" maliyyə hesabatının hazırlanmasından 2 həftə əvvəl buraxılıb, ona görə də hesabata elə də təsiri olmayıb.
 
Bazardakı vəziyyəti öyrənən "Conlumino" firmasının nümayəndəsi Nil Sanders bildirib ki, "Apple" məhsullarına tələbat hələ də böyükdür, amma rəqiblərlə aradakı fərq əvvəlki qədər deyil. Şirkət Çində rəqiblərinin təzyiqinə məruz qalır. Üçüncü rüb bu ölkədə satışlar 26% azalıb.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/483386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR