ABŞ-ın "Anheuser-Busch" pivə şirkəti dünyada pilotsuz yük maşını vasitəsilə kommersiya məqsədilə pivənin lazımi ünvana daşındığını açıqlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, layihə avtomatik idarəetmə üzrə ixtisaslaşmış "Otto" şirkəti ilə birlikdə həyata keçirilib.
Pilotsuz yük avtomobili 120 mil (193 km-dən çox) məsafə qət edib və Kolorado ştatının Fort-Kollins şəhərindən Kolorado-Sprinqs şəhərinə 50 min ədəd "Budweiser" pivəsi daşıyıb. Daşınma zamanı sürücü yük maşınında olub və prosesi müşahidə edib.
"Anheuser-Busch" yeni texnologiyalardan geniş istifadə etməyi planlaşdırır.
Milli.Az