Klinton Trampı 9% qabaqlayır

Klinton Trampı 9% qabaqlayır
09:05 27 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 9 faiz qabaqlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "USA Today" qəzetinin keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 47 faizini, Tramp isə 38 faizini toplaya bilər.
 
Sorğuda 1000 respondentin iştirak etdiyi bildirilir.
 
Bununla belə, Reuters agentliyinin Respublikaçılar partiyasının nümayəndələri arasında  keçirdiyi sorğuda rəyi soruşulanların 41%-i Klintonun, 40-i isə Trampın qələbəsini proqnozlaşdırıb.  
 
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR