80 yaşlı lüt qoca

80 yaşlı lüt qoca
09:07 27 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

İlkin Baba


Əslində arada nəsə yazmaq həvəsinə düşürəm, cızma-qara edirəm. Hələ xəyal da qururam ki, bəlkə elə tanınmış bir yazıçı oldum. Amma öz-özümə deyirəm ki, ay kişi, otur oturduğun yerdə. Yazıçı nədi? Çingiz Abdullayev də yazıçıdır da. Lap dünya şöhrətlisindən. Budur e, özünü biabır edir. 


Yəni, dünya şöhrətli olanda adam nəsə yenilik axtaracaq. Axırda da Çingiz bəy kimi aidiyyatı olmayan, başı çıxmayan bir işin qulpundan yapışıb, camaata ədəbiyyat dərsi keçəcək. Amma anlamayacaq ki, qarşısındakılar onu riyazi gedişlərlə mat edəcək. Özüdə bir dəfə yox, hər dəfə...


...Əvvəllər çalışdığım iş yerində ortaya çıxarılan işdən çox, toplantı olurdu. Yəni, bizi yığırdılar, danışırdılar, deyirdilər ki, “arkadaşlar” belə edək, elə edək. Biz də dinləyirdik. Bilirdik ki, heç nə edən zad deyillər. İndi də hamı mat-məəttəl qalıb bu "Neftçi"nin durumuna. Ədəbiyyatın, mədəniyyətin, incəsənətin sayılıb-seçilənləri ha yığılırlar bir yerə, toplaşa-toplaşa cəm ola bilmirlər. Vallah qınamıram onları da. Adamlar anlamadıqları, məlumatları olmadıqları məsələni necə müzakirə edib desinlər ki, ay filankəslər, biz buna çözüm yolu tapmışıq. Bekarçılıqdan gündə bir kresloya adam zadı yapışdırırlar. Bu gün Əli, sabah Vəli.. O biri gün də Əli ilə Vəli yer dəyişir. Ev içində ev qururlar. Neyləsinlər, darıxırlar da. Nəsə bir məşğuliyyət lazımdır axı. 


Arada komandanın kapitanını baş rolda çəkərək, mini film də təqdim edirlər. İncəsənətdir axı, yaradıcı insanlardılar. Birlik, bərabərlik şousu. Sonra isə o tamaşanın arxasından əsl şou görünür. Yəni, pərdə qalxır və onlar lüt qalır. Tamaşaçı da 80 yaşlı bu qocaya baxır, görür əlindən bir iş gəlmir. Başlayır etiraz etməyə. Çıxır meydana ki, mən bunu səndən yaxşı bacararam. O aktyor da buna bir zərbə... 

Adət-ənənəni pozmaq olmaz axı. İllərin “döyənləri” olub burda. Bu irs davam eləməlidir. Həmin döyülən xəstə mövsümüdür deyib, tələsər, amma armud vaxtında yetişər. İndi nə qədər ki, “Neftçi”də bu rəhbərlik var, o armud çətin yetişə...


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-80-yal-lut-qoca-t53664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR