Azərbaycanda 5 ildən sonra zəli tapılmayacaq, əgər...

Azərbaycanda 5 ildən sonra zəli tapılmayacaq, əgər...
09:08 27 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu artıq vəhşi təbiətdən zəli ovlamaq istəyən iş adamlarının müraciətinə müsbət cavab verməyəcək, başqa sözlə, bu prosesə icazə verməyəcək.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə satırlar.

İnstitut direktoru əlavə edib ki, zəliləri süni surətdə çoxaldaraq, istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil: “Mən həftədə 2 dəfə məktub alıram ki, hansısa iş adamı 20-30 min zəli toplamaq istəyir. Sahibkarlar onları süni şəraitdə çoxaltmağa tənbəllik edirlər, ona görə də gedib onu göllərdən yığır və xaricə aparıb satırlar”.

E.Yusifov bildirib ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq: “İnsanlar əvvəllər “Zoo” kombinatda süni surətdə artırılan zəlidən istifadə edirdilər. Amma sonradan həmin struktur dağıdıldı. Hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən yığılır. Bu isə təhlükəlidir. Çünki zəli bilirsiniz ki, qan soran canlıdır. O, hansısa canlının qanını soraraq ondan infeksiyanı götürə bilər və bu da sonradan insana keçə bilər”.

Sadalanan problemlə bağlı bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri Hüsen Bağırovla da görüşdüyünü deyən E.Yusifov nazirin bu problemə çox həssas yanaşdığını söyləyib: “Artıq ETSN də bunun qarşısını alacaq. Qaydaya görə, zəlini xaricə apardıqda gömrük orqanlarında iş adamlarından ilk növbədə ETSN-nin sənədlərini tələb edirlər. ETSN də zəlilərin mövcud sayı, kvotası ilə bağlı rəyin verilməsi üçün bizə müraciət edir. Biz isə yerdə vəziyyəti dəyərləndirib ona mütəxəssis rəyi veririk ki, həmin ərazidən nə qədər zəli götürmək olar. Ərazidən elə miqdarda zəli götürülməlidir ki, sistem özünü bərpa etsin və sonradan onun kökünün kəsilməsi riski yaranmasın. ETSN bizim rəyimiz əsasında öz qərarını açıqlayır. Biz də İnstitutun Elmi Şurasında bu məsələni qaldırdıq ki, zəlilərin təbiətdən ovlanmasına müsbət rəy, başqa sözlə icazə verməyəcəyik. Çünki zəlilərin sayı artıq kritik həddə çatır. Şuranın bu iclasından sonra nazirin qəbulunda oldum və o da bunu dəstəklədi. Nazir dedi ki, mən də tapşıraram, bu məsələ nəzarətdə olsun”.

E.Yusifov qeyd edib ki, əgər institut rəy verməsə, zəlilərin vəhşi təbiətdən toplanması prosesi istər-istəməz dayandırılacaq: “Əlbəttə, qanuni yolla dayandırlılacaq, amma qeyri-qanuni yolla dövriyənin necə olacağını biz artıq bilmirik. Əsas odur ki, talançılığın müəyyən bir hissəsinin qarşısını alacağıq, zəlini təbiətdən götürüb aparıb satmaq elə də asan olmayacaq. Bu, həm də ona görə yaxşıdır ki, sahibkarları zəliləri süni şəkildə artırmağa sövq edəcəyik”.

E.Yusifov artıq Zoologiya İnstitutunda laborator şəraitdə, Mingəçevirdəki təcrübə dayaq məntəqəsində isə açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlərə başladıqlarını söyləyib. Onun sözlərinə görə, hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil: “Çünki bu, artıq unudulmuş təcrübədir. Ancaq bu, inkişaf etsə, ölkəmiz üçün də gəlir əldə edilmə yerləri artar, çünki xarici ölkələr bizim zəliləri çox həvəslə alırlar”. (trend)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

“Qarabağ” tarixi oyuna çıxır

23 Avqust 2017 21:30

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58