Futbolçu öz adını daşıyan prezervativ istehsal etdi - FOTO

Futbolçu öz adını daşıyan prezervativ istehsal etdi -   FOTO
09:17 27 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Veteran futbolçuların fərqli iş sahələrinə yönəlməsinə adət etsək də, Faustino Asprilla çoxlarını təəccübləndirəcək addım atıb. Fanat.Az xəbər verir ki, "Parma", "Nyukasl", "Palmeyras", "Fluminense" kimi klubların formasını geyinmiş Kolumbiya yığmasının sabiq üzvü prezervativ istehsalına başlayıb.

Yeni istehsal etdiyi məhsulun tanıtımı üçün mətbuat konfransı keçirən sabiq futbolçu prezervativlgrin öz ləqəbi olan "Tino" adını daşıyacağını bildirib. O, şokalad və çiyələk aromalı qoruyucuların sınağını öz üzərində keçirdiyini bildirib.

Mətbuat konfransında zarafatlarından qalmayan Asprilla ilk müştərisinin Kolumbiya millisinin baş məşqçisi Joze Pekerman olacağını bildirib. "Pekerman mənə zəng etdi. Məncə, o, bu prezervativlərdən istifadə edəcək. Bir dənəsini də başına taxacaq ki, yağışlı yağmurlu Baranquilla günlərində islanmasın" deyib.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcu-oz-adn-dayan-prezervativ-istehsal-etdi-t53667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR