"İkinci müalicə daha ağır olacaq" - Şahin Zəkizadənin xanımı

"İkinci müalicə daha ağır olacaq" -  Şahin Zəkizadənin xanımı
09:26 27 Oktyabr 2016
131 Şou
Ölkə mətbuatı
A- A+

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti yaxşılaşıb.

Axşam.az-ın məlumatına görə, bu haqda rejissorun xanımı Səbinə xəbər verib.

O bildirib ki, Şahin artıq özünü yaxşı hiss edir və müalicə müsbət təsir göstərib:

“Dualarınız və dəstəyiniz üçün hər kəsə minnətdaram. Allah hər şeyi ürəyinizə görə versin. Yoldaşımın 1-ci kurs müalicəsi bitdi. Analizlər götürüldü və cavablar çox sevindirici çıxdı. Bu cavab xəstəliyə bir addım da olsa qalib gəlməkdir. Şahinin xəstəliyi remesiyaya düşdü. Bilməyənlərə qısa məlumat verim ki, qan xərçəngi sümük iliyinə işləyən xəstəlikdir. Allahıma şükür olsun ki, müalicə edildi və sümük iliyi təmiz çıxdı. Tək qanda qaldı.

Allahın izni ilə ikinci kurs müalicəsində də birdəfəlik təmizlənəcək. Ailəmiz adından Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. İkinci kurs müalicə daha da ağır olacaq. Qarşıda işıqlı gün olacağına görə, bu qaranlıq, çətin yolu keçməliyik. Hər kəsə təşəkkür edirəm”.

Ş.Zəkizadə hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəsini davam etdirir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR