Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mövqelərimiz atəşə tutuldu

Mövqelərimiz atəşə tutuldu

Cəbhədə gərginlik-Mövqelərimiz atəşə tutuldu (23 Mart 2017 09:33)
Mövqelərimiz snayperlərdən atəşə tutuldu (17 Mart 2017 09:33)
Mövqelərimiz iriçaplı pulemyotlardan və snayperlərdən atəşə tutuldu (15 Mart 2017 09:58)

Tarix: 27 Oktyabr 2016 09:33

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Publika.az xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Teqlər:  Mövqelərimiz atəşə tutuldu



RƏYLƏR


Top xəbərlər