Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Serenay Bakıda filmə çəkilmək istəyir - fotolar

Serenay Bakıda filmə çəkilmək istəyir -  fotolar

Date: 27 October 2016 10:06

Türkiyəli aktrisalar Serenay Sarıkaya və Zerrin Tekindor Bakıda qala gecəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, aktrisaların rol aldığı “İkimizin yerine” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.

Gecədə izdiham yaşanıb. Belə ki, pərəstişkarları Serenayla şəkil çəkdirmək üçün bir-biri ilə yarışa girib.

Aktrisalar filmi tamaşaçılarla birlikdə izlədikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Zerrin və Serenay Bakını gəzdiklərini və çox bəyəndiklərini deyib.

Paytaxtımızda ilk dəfə olduğunu söyləyən Serenay filmlə bağlı məlumat verib. O bildirib ki, çəkilişlər 5 həftə baş tutub.

Sarılkaya Azərbaycanda filmə çəkilmək istədiyini, belə bir təklif alsa, razılaşacağını əlavə edib:

"Şəhəri çox gəzmək imkanım olmadı. Amma gördüyüm qədərinə heyran qaldım. Təəssüf ki, çox gəzmək imkanım yoxdur. Azərbaycan milli yeməklərini daddım, çox dadlıdırlar".

Foto: Ramin ASLANOV













Tags:  Serenay Bakıda filmə çəkilmək istəyir fotolar

RƏYLƏR


Top news