Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı - VİDEO

Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı -   VİDEO

Date: 27 October 2016 10:07

"Dünya karatesinin qara brilyantı" Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalına çıxıb. 

Finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib. 

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Billdirək ki, 84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev də finala vəsiqə qazanıb.

Qeyd edək ki, Oktyabrın 27-də çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq. (day.az)


Fanat.Az

Tags:  Rafael Ağayev Sarkisyanın kürəyini yerə çırpdı VİDEO

RƏYLƏR


Top news