Bakıda yarımtikilidən oğurluq edən şəxs özünü 3-cü mərtəbədən yerə atıb

Bakıda yarımtikilidən oğurluq edən şəxs özünü 3-cü mərtəbədən yerə atıb
10:07 27 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda yarımtikilidən kabel oğurlayan şəxs özünü 3-cü mərtəbədən yerə atıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunun Şərifzadə küçəsi, 3 ünvanında baş verib. 
1991-ci il təvəllüdlü Röyal Əliyev həmin ünvandakı 16 mərtəbəli yarımtikili binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum olub ki, R.Əliyev 16 mərtbəli yarımtikiliyə oğurluq məqsədilə daxil olub. O, binanın yeni çəkilmiş kabellərini oğurlayıb. Lakin yarımtikilinin mühafizəçisi oğurluğun qarşısını almağa çalışıb. R.Əliyev yarımtikiliyə mühafizə əməkdaşının daxil olduğunu görüb və özünü binanın 3-cü mərtəbəsinin eyvanından yerə atıb.
R.Əliyev polis nəzarəti altından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-yarimtikiliden-ogurluq-eden-sexs-ozunu-3-cu-mertebeden-yere-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR