Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Düşmən əsgəri cavab atəşi ilə öldürüldü

Düşmən əsgəri cavab atəşi ilə öldürüldü

Date: 27 October 2016 10:09

 

Qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən bir düşmən hərbçisi öldürülüb.

 

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib.

 

Azərbaycan Müdafiə Nazirliyi isə oktyabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərdiyi, düşmənin fəaliyyətinin əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulduğu, ölü və yaralı olaraq itki verən düşmənin geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb.


Tags:  Düşmən əsgəri cavab atəşi öldürüldü


RƏYLƏR


Top news