Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 624 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 624 mln. manat kompensasiya ödənilib
10:12 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 623,736 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 34,582 mln. manat, “Zaminbank” ASC - 51,026 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 348,048 mln. manat kompensasiya alıblar. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-baglanmis-10-bankin-emanetcilerine-624-mln-manat-kompensasiya-odenilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR