"Qarabağ"ın rəqibi qələbə ilə başladı

"Qarabağ"ın rəqibi qələbə ilə başladı
10:37 27 Oktyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan PAOK Yunanıstan Kuboku çərçivəsində oyun keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi qrup mərhələsində ilk görüşünə çıxıb.

Doğma arenasında AEL-i qəbul edən PAOK birinci hissədə vurduğu 2 cavabsız qol sayəsində qələbə qazanıb. Larissa klubunun qapısından topları Yannis Mistakidis (28-ci dəqiqə) və Fakundo Pereyra (41) keçirib.
 
Bu qələbə sayəsində PAOK aktivinə 3 xal yazdırıb. Qrupun "Panelefsiniakos" - "Trikala" matçı bu gün keçiriləcək.
 
PAOK meydana bu heyətlə çıxıb: Jelko Brkiç, Stelios Kitsiou, Stelios Malezas, Xose Anxel Krespo, Dimitris Cannulis (Nikos Korovesis, 74) Harrison, Kenyon (Tsimirot, 62) Fakundo Pereyra, Dieqo Bisesvar, Yannis Mistakidis (Mame Tiam, 59) Eftimis Kulouris
 
Qeyd edək ki, Avropa Liqasının qrupunda Bakıda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olan PAOK noyabrın 3-də IV tur çərçivəsində Ağdam klubunu qəbul edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR