ATƏT Amerikada seçki saxtakarlığından narahatdır

ATƏT Amerikada seçki saxtakarlığından narahatdır
10:38 27 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT Amerikada noyabrın 8-də keçiriləcək prezident seçkilərinə görə narahatdır.

Publika.az
xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) araşdırmalarında narahat doğuran məqamlar ortaya çıxıb.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinin məlumatına görə, DTİHB-nin aralıq məruzəsində 6 milyon amerikalının seçmək hüququndan məhrum olduğu qeyd edilib.

ATƏT-in müşahidə missiyasının rəhbəri Mixail Qeorq bildirib ki, ABŞ-da 3,2 milyon insan həbsdə, yaxud istintaq altındadır: “Təxminən 2,6 milyon insan cəzalarını çəkib başa vursalar da, seçkiyə qədər azadlığa buraxılmayacaq.

ATƏT-in Almaniyada olan rəsmi nümayəndəsi Yurgen Klimke “Bild” nəşrinə açıqlamasında qeyd edib ki, ABŞ-da seçkilərin keçirilməsində beynəlxalq standartları artırmaq lazımdır.

Bununla yanaşı, ictimai rəy sorğularında hər üç amerikalıdan biri seçkinin saxtalaşdırılmasından ehtiyat edir.

Qeyd edək ki, respublikaçı namizəd Donald Tramp da demokratların ABŞ-ın bir sıra böyük şəhərlərində səslərin oğurlanması ilə məşğul olduğunu bəyan edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR