İllərdir bazarda işləyirdi, indi isə milyonlar qazanacaq - fotolar

İllərdir bazarda işləyirdi, indi isə milyonlar qazanacaq - fotolar
10:46 27 Oktyabr 2016
109 Şou
Ölkə mətbuatı
A- A+

İnternetin son fenomenlərindən olan pakistanlı Arşad Xan model olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İslamabad bazarında çayçılıq edən 18 yaşlı Arşad ölkəsində tanınmış markalardan biri ilə müqavilə bağlayaraq kamera qarşısına keçib.

İllərdir bazarda işləyən gənc fotoqraf Cia Alinin onu məşhur etməsindən sonra insanların ona münasibətinin dəyişdiyini vurğulayıb. 17 bacı və qardaşı olan Arşad bundan sonra yaxşı pul qazanaraq ailəsinə baxa biləcəyi üçün sevinclidir. Menecerlər artıq onun milyonçu ola biləcəyini, növbəti hədəfinin isə Bollivud olduğunu deyirlər.

Arşad Xan İnstaqramda fenomenə çevrildikdən sonra bütün dünya mediası da ondan danışır.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR